2009-cu ildə VitaFarma adı altında qurulan şirkərimiz, artıq 2018-ci ildən etibarən NS Medikal adı ilə fəaliyyətini davam etdirir. Şirkətimiz tibbi cihazların, avadanlıqların, sərf materiallarının, tibbi idman məhsullarının, laboratoriya avadanlıqlarının satışı, qurulması və servisi ilə məşğuldur. NS Medikal olaraq Azərbaycanda özəl, dövlət xəstəxanaları və bir çox idman klubları (voleybol, gimnastika, karate, fulbol üzrə) əməkdaşlıq etməkdən qürür duyuruq. Dünyanın 20 üzəri nüfuzlu tibbi məhsulları istehsalçılarının Azərbaycanda rəsmi nümayəndəsiyik. Bu bizim məsuliyyətimizi daha da artırır. Bu səbəbdən müştərilərimizin satış öncəsi və sonrası bütün suallarını cavablandıra biləcək peşəkar komanda ilə çalışırıq.